Bu gün “Sabah”ın sabiq baş məşqçisi vəzifəsindən istefa verən Murad Musayev klubdan ayrılması barədə danışıb.
Manset.az xəbər verir ki, o, Rusiyanın championat.com saytına açıqlamasında klub rəhbərliyi ilə aralarında problem olmadığını söyləyib:
“Mətbuatda yazıldı ki, mən rəhbərliklə münaqişə yaşamışam. Klub rəhbərliyi ilə əla münasibətim var. Hətta münasibətlərimizin ideal olduğunu deyə bilərəm. "Sabah"da keçirdiyim hər gün rəhbərliyin dəstəyini hiss edirdim. “Sabah”a gəlməzdən əvvəl mənə verilən bütün vədlər yerinə yetirildi: klubun inkişafı, maliyyə öhdəlikləri. “Sabah”ın rəhbərliyi haqqında uzun müddət danışa bilərəm. Onlar barədə deyəcəklərim yalnız müsbət sözlər olar”.
Xatırladaq ki, Murad Musayev bu gün öz istəyi ilə "Sabah"dan ayrılıb.