"İnter Mayami"nin hücumçusu Lionel Messi bu gün "Əl-Nəsr"lə keçiriləcək yoldaşlıq matçında oynamayacaq.
Manset.az xəbər verir ki, yüngül zədəsi olan argentinalı futbolçunun adı oyunun iştirak ərizəsində yer almayıb.
Bakı vaxtı ilə saat 22:00-da başlayacaq görüş Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı "Kinqdom Arena"da keçiriləcək.
"Əl-Nəsr"in ulduz futbolçusu Kriştiano Ronaldo da bu görüşü buraxacaq. Onun zədə səbəbindən "İnter Mayami"yə qarşı oynamayacağı daha əvvəldən bəlli idi.