Futbol üzrə Fransa millisinin hücumçusu, Kilian Mbappe hazırda çıxış etdiyi PSJ klubunu tərk edəcək.
Manset.az Apa-ya istinadən xəbər verir ki, bu barədə "Le Parisien" qəzeti məlumat yayıb.
Onun yeni komandası İspaniyanın "Real Madrid" klubu olacaq.
Bildirilib ki, Mbappenin "Real"la müqaviləsinin məbləği klub tarixində rekord ola bilər.