"Neftçi" bu gün "Sumqayıt"ın qonağı olacaq

09:09 - 04 Fevral 2024

\"Neftçi\" bu gün \"Sumqayıt\"ın qonağı olacaq

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXI turun daha iki oyunu keçiriləcək.

 

Manset.az Report-a istinadən xəbər verir ki, ilk olaraq "Sumqayıt" "Neftçi"ni qəbul edəcək.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı qarşılaşma saat 15:00-da başlanacaq. Bu, arenada yenidənqurmadan sonra ilk matç olacaq. "Ağ-qaralar" 32 xalla ikinci, "gənclik şəhəri təmsilçisi" 31 xalla üçüncü sıradadır.

Günün ikinci oyununda "Zirə" "Qəbələ"nin qonağı olacaq. Görüş saat 17:30-da start götürəcək. "Qırmızı-qaralar" 14 xalla sonuncu-10-cu, paytaxt klubu 30 xalla 4-cüdür.

Azərbaycan Premyer Liqası

XXI tur

15:00. “Sumqayıt” – “Neftçi”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli.

Hakim-inspektor: Barış Şimşək.

AFFA nümayəndəsi: Elçin Mehtiyev.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

17:30. “Qəbələ” – “Zirə”

Hakimlər: Rəşad Əhmədov, Şirmamed Mamedov, Asiman Əzizli, Nicat İsmayıllı.

Hakim-inspektor: Əmrah İbrahimov.

AFFA nümayəndəsi: Bəhram Qurbanov.

Qəbələ şəhər stadionu

Qeyd edək ki, tura fevralın 5-də "Kəpəz" - "Araz-Naxçıvan" qarşılaşması ilə yekun vurulacaq. Ötən gün "Qarabağ" "Səbail"i məğlub edib - 2:1. "Sabah" - "Turan Tovuz" matçında qalib müəyyənləşməyib - 1:1.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az