TFF 2-ci Liqasında keçirilən "Dənizlispor" - "Etimesqut Belediyespor" matçında nadir yaşanan bir hadisə baş verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, matçın ikinci yarısında “Denizlispor”un futbolçusu Emre Sağlık dəqiqələrlə əlində telefon ilə oynayarkən görünüb. Sonrakı dəqiqələrdə hadisənin təfərrüatları üzə çıxıb.
Top oyunda olarkən tapdığı telefonu əlində daşıyan Emre Sağlık, top oyundan çıxdıqdan sonra telefonu sahibi olan top toplayıcı oğlana verib.
Əfsanə Rəcəb
Manşet.az