"Qalatasaray" Almaniyadan futbolçu alır

17:36 - 06 Fevral 2024

\"Qalatasaray\" Almaniyadan futbolçu alır

Transfer müddəti bitməmiş sol cinah müdafiəsini gücləndirmək istəyən "Qalatasaray" Almaniyanın "Hannover 96" formasını geyinən Derrik Köhnu gündəmə gətirib. 

 

Manset.az Azxeber.com-a istinadən xəbər verir ki, "Qalatasaray" Derrik Köhnu gündəmə gətirərkən, "Hannover" 1.5 illik müqaviləyə əsasən həmin futbolçunu icarəyə verməyə isti baxmadıqlarını yalnızca sata biləcəklərini deyib. 

Bu mərhələdə klublar arasında birbaşa əlaqənin olmadığı vurğulansa da, Hannoverin Derrik Köhn üçün 3 milyon avroluq transfer haqqı tələb etdiyi bildirilib. 

Qeyd edək ki, 25 yaşlı müdafiəçi bu mövsüm 21 rəsmi oyunda 3 qol vurub, 6 məhsuldar ötürmə edib. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az