La Liqada dünən axşam keçirilən "Rayo Valyekano" - "Sevilya" matçında argentinalı futbolçu Lukas Okamposun başına ağılasığmaz bir hadisə gəlib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, matç sırasında bir azarkeşin topu oyuna daxil etməyə hazırlaşan futbolçuya barmağı ilə sataşdığı görünüb.
Okamposun cəld reaksiya verməsi və vəziyyəti hakimə bildirməsi peşəkar futbolun belə davranışı qəbul etmədiyini açıq şəkildə ortaya qoyub. Hadisədən sonra Lukas Okampos La Liqada bu cür davranışların ciddi problem kimi qəbul etməli olduğunu vurğulayıb. O, futbol meydançalarında və azarkeşlər arasında daha çox hörmət və anlayışın təşviq edilməsinə diqqət çəkib. Bu cür hadisələrin təkrarlanmaması və futbolun yalnız meydanda qaldığı zaman kefli və təhlükəsiz bir təcrübə təqdim etməsi üçün lazımi tədbirlər görülməli olduğu bildirilib.
Əfsanə Rəcəb
Manşet.az