Argentinanın “Fənərbaxça”sı quruldu: “Fernebahçe”

17:41 - 07 Fevral 2024

Argentinanın “Fənərbaxça”sı quruldu: “Fernebahçe”

Argentinanın paytaxtı Buenos Ayresə bağlı Necochea qəsəbəsində bir araya gələn bir qrup futbolsevər, Fənərbaxçadan ilhamlanaraq “Fernebahçe” adlı komanda qurmağa qərar verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, komanda bu il həvəskarlar liqasından yerli liqaya yüksəlməyi hədəfləyib.

Qurulan klubun adından əlavə, onun formaları da zolaqlı və sarı-tünd göy rənglərlə işlənib.

Hər futbolçunun fərqli peşəyə sahib olduğu komanda mütəmadi olaraq məşq edir, müxtəlif turnirlərdə mübarizə aparır.

Əfsanə Rəcəb

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az