AFFA rəhbərliyi Parisə gedir

19:08 - 07 Fevral 2024

AFFA rəhbərliyi Parisə gedir

Sabah – fevralın 8-də Fransanın paytaxtı Parisdə UEFA Milətlər Liqasının 2024/2025-ci illər mövsümünün püşkatma mərasimi keçiriləcək.

 

Manset.az xəbər verir ki, tədbirdə AFFA-nın vitse-prezidentləri Elşad Nəsirov, Vaqif Sadıqov, baş katib Sərxan Hacıyev, Azərbaycan milli komandasının məşqçisi Arif Əsədov, Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Məmmədli və İcraiyyə Komitəsinin protokolu Orxan Əhmədov iştirak edəcəklər.

Püşkatma mərasimi yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə saat 21:00) başlayacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az