Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin formasını geyindiyi "Kocaelispor" heyətinə yeni futbolçu cəlb edib.
Manset.az klubun saytına istinadən xəbər verir ki, Türkiyə 1-ci liqa təmsilçisi "Ferensvaroş"dan Giorgi Xaraişvilinin transferini tamamlayıb. Gürcüstanlı yarımmüdafiəçi ilə 1+1.5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, G.Xaraişvili 2021-ci ildən Macarıstan təmsilçisində oynayırdı.