Canlı yayımda siqaret çəkən şərhçi iddialara cavab verdi – FOTO

14:42 - 08 Fevral 2024

Canlı yayımda siqaret çəkən şərhçi iddialara cavab verdi – FOTO

Dünən axşam Gaziantep FK-Fənərbaxça matçından əvvəl A Spor ekranlarında siqaret çəkərkən kameralara tuş gələn futbol şərhçisi Onur Yıldız yayılan görüntülərə açıqlıq gətirib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, mövzu ilə bağlı açıqlama verən Yıldız sosial mediada yer alan görüntülərin canlı yayımda gerçəkləşmədiyini bildirib.

Yıldız açıqlamasında “Beynəlxalq yayım üçün verilmiş peyk tezliyində qeyri-qanuni olaraq qeydə alınmış efirdən kənar görüntüdür. İdman izləyiciləri heç vaxt yayımda belə bir görüntünün şahidi olmayıblar” ifadələrini işlədib.

Əfsanı Rəcəb

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az