Budaq Nəsirovun yeni klubu açıqlandı

20:20 - 08 Fevral 2024

Budaq Nəsirovun yeni klubu açıqlandı

"Turan Tovuz"un yollarını ayırdığı Budaq Nəsirovun yeni klubu müəyyənləşib.

 

Manset.az  xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi "Karvan"da çıxış edəcək. Bu barədə 1-ci liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, U-19 və  Azərbaycanın U-21 millilərində çıxış etmiş Nəsirov bir neçə gün əvvəl “Turan Tovuz-2”nin heyətində "Səbail-2" ilə qarşılaşma zamanı komanda yoldaşını vurduğuna görə qırmızı vərəqə ilə meydandan qovulmuşdu. AFFA İntizam Komitəsi isə onu 4 oyunluq cəzalandırıb. Bundan sonra "Turan Tovuz" futbolçu ilə müqaviləyə xitam verib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az