"Zirə" "Sabah"ın hücumçusu Davit Volkovu heyətinə cəlb etməyi planlaşdırır.
Manset.az xəbər verir ki, bunu komandanın baş məşqçisi Rəşad Sadıqov bu gün "Səbai"lə kubok oyunundan sonra deyib.
O, gürcüstanlı hücumçunun keçidi ilə bağlı "Sabah"la danışdıqlarını bildirib: "İki klub arasında danışıq olub. Biz qarşı tərəfdən cavab gözləyirik. Bu gün 12-ə qədər vaxtımız var. İstəyərdik ki, onu heyətimizdə görək".
Qeyd edək ki, Davit Volkov 2020-2022-ci illərdə də "Zirə"də çıxış edib və 58 oyuna 22 qol vurub.