Premyer Liqada təxirə salınan oyunun vaxtı açıqlandı

13:26 - 09 Fevral 2024

Premyer Liqada təxirə salınan oyunun vaxtı açıqlandı

Azərbaycan Premyer Liqasının XXIII turundan təxirə salınmış “Qəbələ” – “Qarabağ” oyununun tarixi müəyyənləşib.

 

Manset.az xəbər verir ki, Peşəkar Futbol Liqası qarşılaşmanın vaxtını açıqlayıb.

Görüş fevralın 28-də Qəbələ şəhər stadionunda reallaşacaq. Matçın start fiti saat 19:00-da səslənəcək.

Qeyd edək ki, hazırda “Qarabağ” Premyer Liqaya liderlik edir, “Qəbələ” isə sonuncu pillədə qərarlaşır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az