"Barselona"nın və Fransa millisinin müdafiəçisi Jül Kunde gələn yay klubunun qeydiyyatını dəyişə bilər. Bu barədə jurnalist Ferran Martinez sosial şəbəkədə məlumat verib.
Manset.az Lent.az-a istinadən xəbər verir ki, jurnalistin sözlərinə görə, Kunde onun üçün maraqlı təklif olarsa, Kataloniya komandasının düşərgəsini tərk edə bilər. Qeyd olunur ki, "blauqrana" maliyyə feyr-pley qaydaları ilə bağlı problemlərə görə fransızı satmağı düşünür.
Daha əvvəl mətbuatda "Barselona"nın yayda hollandiyalı yarımmüdafiəçi Frenkie de Yonqla yollarını ayıra biləcəyi barədə məlumatlar yayılıb.