"Allah serial çıxarana lənət eləsin!” – Aqil Abbas

07:00 - 14 Fevral 2024

\"Allah serial çıxarana lənət eləsin!” – Aqil Abbas

2023-cü ildə yeni doğulan uşaqlara daha çox əcnəbi mənşəli adların verilib: Jasmin, Sofiya, Adelina, Melisa və s.

 

Manset.az  bizim.media-ya istinadla xəbər verir ki, deputat Aqil Abbas bunun səbəbini xarici seriallarda görür:

"Valideynlər seriallara baxırlar, hansısa qəhrəman xoşlarına gəlirsə, onun adını uşaqlarına qoyurlar. Allah serial çıxarana lənət eləsin! Hər bir halda uşağa milli türk adları qoyulmalıdır. Təbii ki, inzibati qaydada valideynlərə təsir etmək mümkün deyil, yalnız maarifləndirmək lazımdır.

Məsələn, mən uşağımın adını Yevdakida qoymaq istəyirəmsə, buna kim mane ola bilər?! Hər kəs ad seçməkdə azaddır. Sadəcə olaraq istəməzdik ki, belə olsun".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az