“Təxribatların məsuliyyəti yalnız Ermənistan siyasi rəhbərliyinin üzərinə düşmür” - Deputat

18:40 - 14 Fevral 2024

“Təxribatların məsuliyyəti yalnız Ermənistan siyasi rəhbərliyinin üzərinə düşmür” - Deputat

“Azərbaycan və Ermənistan şərti dövlət sərhəddində əməliyyat şəraitinin gərginləşdirilməsinə yönəlmiş hər bir təxribata Azərbaycan ordusu tərəfindən sərt cavab veriləcəkdir. Qisas əməliyyatı nəticəsində Ermənilərin döyüş postu tamamilə darmadağın edilib. Əgər, Ermənistan tərəfi  yenidən bu kimi təxribata əl atarsa, Azərbaycan ordusu əks əməliyyat keçirəcəkdir. Bu təxribatlar cavabsız qalmır. Həm döyüş meydanında həm də siyasi meydanda layiqli cavablarını alırlar”.

 

Bunu Manset.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

O qeyd edib ki, bu təxribatların məsuliyyəti yalnız Ermənistan siyasi rəhbərliyinin üzərinə düşmür:
“Avropa Birliyi hadisələrə reaksiya vermək və təxribatları qınamaq əvəzinə Ermənistanı dəstəklədiyi üçün bu məsuliyyət onların da üzərindədir. Ermənistan havadarları onu reallıqları qəbul etməsinə əngəldirlər. Lakin bu reallıqları bütün dünya anlayıb. Ermənistan anlamalıdır ki, havadarların boş xülyaları ağır nəticələrə dücar edəcək. Hər təxribat onlar üçün daha çox itkiyə səbəb oldu. Bu həm də Ermənistan siyasi rəhbərliyinin  sürünməsi deməkdir. Sabitliyi pozmaq istəyən havadarlar buna nail ola bilməyəcəklər. Düşünürəm ki, uğursuz cəhdlərdən sonra Ermənistan sülhlə razılaşmağa məcbur olacaq. Təxribatın mənbəyi Cənubi Qafqazdakı geosiyasi mübarizədir. Düşmənlər unutmamalıdır ki, Cənubi Qafqazda söz sahibi olan yeganə ölkə Azərbaycandır. Azərbaycanın iradəsi olmadan bura daxil olmaq və burada görsənməyə çalışmaq olmaz”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az