"Mən yox, Afaq Gəncəli mənə qarşı haqsızlıq etmişdi" - Nura Suri

23:53 - 14 Fevral 2024

\"Mən yox, Afaq Gəncəli mənə qarşı haqsızlıq etmişdi\" - Nura Suri

Aparıcı Afaq Gəncəli maqazin verilişlərinin birinə müsahibəsində müğənni Nura Suri ilə küsülülüyə son qoyduğunu açıqlamışdı.

 

Manset.az Bizim.Media-ya istinadən xəbər verir ki, Nura Suri barışıq xəbərinin pərdəarxası məqamlarını danışıb. 
Sənətçi aparıcı ilə barışmasını belə şərh edib:
"Aramızda aparıcı müğənni söhbəti var idi. Hansı ki, məni narahat edirdi. Mən yox, Afaq mənə qarşı haqsızlıq etmişdi. Mən Afaqın bostanına daş atmamışam. O, mənə pislik etməyib. Başqa nə deyim!? Bildiyim qədəri ilə Afaq aparıcılıq eləmir. Çox gözəl münasibətimiz var. Amma sabah Afaq yenə aparıcılıq eləsə, bəlkə yenə aramız dəyəcək. Bilmirəm..."
Qeyd edək ki, A.Gəncəli ilə N.Surinin küsülülüyünə səbəb Afaqın aparıcısı olduğu verilişdə müğənni Ayan Babakişiyevaya verdiyi “Sən də bir gün Oksana Rəsulova kimi cəsarətli olub, qızının atasının kim olduğunu rahat deyə bilərsən” sualı olmuşdu.
Belə ki, Nura Ayanın tərəfini saxlayaraq, Afaqı bu cür sual verdiyinə görə qınamışdı. Sonra isə N.Suri A.Gəncəli ilə danışmadığını və “Uman yerdən küsərlər” açıqlamasını vermişdi. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az