SON DƏQİQƏ: Azərbaycanın məşhur Xalq yazıçısı insult keçirdi - Xəstəxanaya aparıldı - FOTO

17:51 - 15 Fevral 2024

SON DƏQİQƏ: Azərbaycanın məşhur Xalq yazıçısı insult keçirdi - Xəstəxanaya aparıldı - FOTO

Xalq yazıçısı Mövlud Süleymanlı insult keçirib. Hazırda vəziyyəti stabildir.

 

Manset.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd məlumat verib.

Onun sözlərinə görə, yazıçının beyninə qan sızıb. Hazırda M. Süleymanlı reanimasiyadadır və müalicəsi davam etdirilir.

Qeyd edək ki, M. Süleymanlı 1943-cü ildə anadan olub. Ötən il Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif edilib. Xalq yazıçısı “Köç”, “Ceviz qurdu”, “Səs” və digər romanları ilə tanınır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az