Şirvanda 1 ay əvvəl atasını qətlə yetirən şəxs öldü

13:16 - 16 Fevral 2024

Şirvanda 1 ay əvvəl atasını qətlə yetirən şəxs öldü

Şirvanda 1 ay əvvəl atasını qətlə yetirən şəxs ölüb.

 

Manset.az apa-ya istinadən xəbər verir ki, bu ilin yanvarın 8-də 74 yaşlı atasını qətlə yetirən Şirvan sakini, 1979-cu il təvəllüdlü Şərifov Seymur Allahverdi oğlu barəsində Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Seymur Şərifov barəsində məhkəmənin qərarı ilə 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Həbsdə olan S.Şərifovun ötən gün xəstəlikdən öldüyü bildirilir.

S.Şərifov bu gün Şirvanda dəfn edilib.

Qeyd edək ki, S.Şərifov barəsində Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanmış, barəsində məhkəmənin qərarı ilə 4 aylıq həbs-qətimkan tədbiri seçilmişdi.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az