“Makarov” satmaq istəyən şəxs saxlanıldı

17:01 - 16 Fevral 2024

“Makarov” satmaq istəyən şəxs saxlanıldı

Abşeron rayonu Məmmədli kəndində “Makarov” satmaq istəyən şəxs saxlanılıb.

 

Manset.az DİN-ə istinadən xəbər verir ki, qanunsuz saxlanılan odlu silah-sursatın əməliyyat yolu ilə aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir. Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir zamanı Məmmədli kənd sakini əvvəllər məhkum olunmuş 1974-cü il təvəllüdlü Həbib Bayramov üzərində qanunsuz olaraq odlu silah gəzdirdiyi üçün saxlanılıb. Ondan “Makarov” markalı tapança, 5 ədəd patron və 1 ədəd patron darağı aşkar olunaraq götürülüb. H.Bayramov silahı bir müddət əvvəl əldə etdiyini amma polisə könüllü təhvil vermək əvəzinə satmaq niyyəti ilə özündə saxladığını bildirib. Faktla bağlı Mehdiabad PB-də araşdırmalar davam etdirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az