Qusarda 7-ci sinif şagirdi vəfat edib.
Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Qusar şəhər 4 nömrəli tam orta məktəb məlumat yayıb.
Bildirilib ki, VII “A” sinfində təhsil alan Naida Yarəhmədova Namiqovna fevralın 17-də dünyasını dəyişib.
İlkin məlumatda onun qızılca xəstəliyi səbəbindən səhhətində yaranan ağırlaşmaya görə həyatını itirdiyi bildirilib.
Sözügedən məktəbdən Modern.az-a bildirilib ki, şagird qızılcadan vəfat etməyib: “Onda xərçəng xəstəliyi var idi, sümüyün iliyi xərçəngi. Şənbə günü Bakıda xəstəxanada vəfat edib, 17-si isə dəfn edilib”.
***
Lənkəranda azyaşlı qız qızılcadan ölüb.
Manset.az “Report”a istinadən xəbər verir ki, rayonun Veravul kənd sakini 2018-ci il təvəllüdlü X.Qurbanlı yüksək hərarətlə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Müayinə nəticəsində uşağa dəqiqləşdirilməmiş meninqoensefalit və qızılca diaqnozu qoyulub.
Zəruri yardımlar göstərilsə də, uşağın həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, son vaxtlar ölkədə azyaşlı və yeniyetmələr arasında qızılca xəstəliyinin ağır keçməsi halları kəskin artıb və xeyli uşaq vəfat edib.