Bakıda kişi meyiti tapılıb.
Manset.az APA-ya istinadən xəbər verir ki, ötən gün Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən beşmərtəbəli binanın qarşısında naməlum kişi meyiti tapılıb.
Meyitin üzərində hər hansı zorakılıq əlamətləri aşkar edilməyib.
Faktla bağlı araşdırma aparılır.