"Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərdə 2024-2026-cı illərdə əhalinin məşğulluq imkanlarının artırılmasına dair Tədbirlər Planı"na əsasən TKTA tərəfindən işğaldan azad olunmuş ərazilərdə 15 yeni peşə ixtisası üzrə vətəndaşların bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması planlaşdırılıb.
Manset.az xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov deyib.
2024-cü il ərzində "PAŞA Holding" MMC və BP Azerbaijan" şirkətləri ilə əməkdaşlıq çərçivəsində sosial layihələrin həyata keçirilməsi və daha 200 nəfər vətəndaşın kargüzarlıq, kompüter operatoru, poliqrafiya üzrə dizayn, mühafizəçi və avtomobil mühərriklərinin yığılması sahələri üzrə qiymətləndirmə və tanınma prosesinə cəlb olunması nəzərdə tutulub.
Əfsanə Rəcəb
Manşet.az