Azərbaycanda erkən yaşda ərə verilən qızların rəsmi sayı açıqlandı

14:43 - 20 Fevral 2024

Azərbaycanda erkən yaşda ərə verilən qızların rəsmi sayı açıqlandı

Azərbaycanda qızların erkən yaşda ərə verilməsi halları oğlanların erkən evləndirilməsi hallarından dəfələrlə çoxdur. Bunu rəsmi statistika da təsdiqləyir.

 

Manset.az Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, 2020-ci ildə 15-17 yaşlarında olan 165 qız rəsmi nikaha girib. Həmin il o yaşda oğlanlardan evlənən olmayıb.

2021-ci ildə erkən yaşda nikaha girən 15-17 yaşlı qızların sayı 137 nəfər olub. 15-17 yaşlı oğlanlara gəldikdə, cəmi 1 nəfər rəsmi nikaha daxil olub.

2022-ci ildə erkən yaşda ərə verilən qızların sayı iki dəfə artıb. Belə ki, 270 qız 15-17 yaşda nikah bağlayıb. Bu yaşda nikaha girən oğlan isə olmayıb.

2023-cü ilin rəsmi statistikası hələ açıqlanmayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az