Makronun Cənubi Qafqaz gündəliyi YANDI – Ermənistan üçün xilas, yoxsa XAOS?

09:06 - 04 Mart 2024

Makronun Cənubi Qafqaz gündəliyi YANDI – Ermənistan üçün xilas, yoxsa XAOS?

Ermənistan odla oynayır. Bunu yenə Fransanın qərarlarına uyan Nikol Paşinyan hakimiyyətinin son açıqlamaları, sərhəddə yaratmaq istədikləri gərginlik fonunda çox aydın görmək mümkündür. Ermənistan baş nazirinin ölkəsini idarə edə bilməyən, neokolonializmi ölkə siyasətinin ana xəttinə çevirən Emanuel Makrona sığınaraq absurd fikirlərə düşmsi əslində ilk belə hal deyil. 

Qərarsızlıq, müstəqil siyasət yürüdə bilməmək, forpost funksiyasının onda yaratdığı asılılıq, onun-bunun şətiri altında özünə sığınacaq axtarmaq peşəsi olan Ermənistan hakimiyyəti bu pis vərdişdən xilas ola bilmir. Onu addımlarında qətiyyət göstərməyə sövq etməyə çalışan rəsmi Bakı xilas edə bilər, əgər Nikol Paşinyan hakimiyyəti regionda və dünyada son 4 ildə baş verənləri düzgün analiz etmək qabiliyyəti olsa...

Paris Ermənistanın Azərbaycana qarşı təcavüzkar, terrorçu və etnik zəmində nifrət siyasətini açıq şəkildə dəstəkləyir. Hətta iş o həddə çatıb ki, rəsmi Paris İrəvana hər cür hərbi yardım ayrımaq üçün rəsmi səfərlərin sayını da ciddi şəkildə artırıb. Artıq Ermənistana müxtəlif reyslərlə Fransadan silah-sursat daşınmasına da başlanılıb. Ermənistan düşünürsə ki, Azərbaycana bu şəkildə təzyiq göstərə, şərtləri o diqtə edə biləcək, bu, olduqca absurd, gülünc yanaşmadan başqa bir şey deyil. 

Böyüyü (Fransa) edə bilmədiyini Cənubi Qafqazda Azərbaycana qarşı Ermənistan üzərindən həyata keçirmək fikirndə qəti görünür. Amma bu inad İrəvan divarlarında çatları bir xeyli artıra, Ermənistanı növbəti, geri dönüşü olmayan fəlakətlə üz-üzə qoya bilər. 

Fransanın Afrikada və başqa qitələrdə apardığı siyasət milyonlarla günahsız insanın hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnib. Rəsmi Paris Ermənistanın Azərbaycana qarşı təcavüzkar, terrorçu və etnik zəmində nifrət siyasətini açıq şəkildə dəstəkləməklə neokolonializm siyasətində İrəvandan "andnorazni" kimi istifaə edib, atacağı istisna edilmir. Artıq bunun çox böyük nümunəsi də var.

Azərbaycana qarşı qərəzli mövqeyini ifrat dərəcəyə çatdıran Fransanın köləsi olmağa hazır görünən rəsmi İrəvan əslində buna görə onu hansı cəzanın gözlədiyini təxmin etməlidir. 

Misal üçün, bir neçə gün əvvəl Fransa prezidenti Emmanuel Makron Avropa İttifaqı ölkələri tərəfindən Ukraynaya hərbçilərin göndərilməsi ehtimalını istisna etmədiyini bildirib. Bundan başqa, Makron Ukraynaya silah tədarükü üzrə yeni koalisiyanın yaradılacağını da elan edib. Amma çox keçmədən rəsmi Parisdən Makronun bu açıqlamasını təkzib edən bəyanat gəldi.

Makrondan fərqli olaraq Fransa Xarici İşlər Nazirliyi Ukraynaya qoşun göndərməyəcəyini bəyan edib. “Fransa öz qoşunlarını Ukraynaya göndərmək niyyətində deyil”, - deyən Fransa XİN başçısı Stefan Sejurne fransızların Ukrayna uğrunda ölməyəcəklərini bildirib.

Amma bundan cəmi 3 gün əvvəl Fransa prezidenti Emmanuel Makron ölkəsinin və digər Avropa dövlətlərinin Ukraynaya qoşun hissələrini göndərə biləcəklərini demişdi. Makron bunu söyləyərkən də bəlli idi ki, bu blefdir, Fransa prezidenti bu yolla sadəcəd divident qazanmaq, Ermənistan kimi ölkələri inandırmağa çalışır ki, onun ətəyini buraxıb qaçmasınlar.

Göründüyü kimi, Rusiya-Ukrayna müharibəsinin ilk dəqiqələrindən Ukraynanı müharibəyə atmaq üçün əlindən gələni edən Qərb bu gün faktiki olaraq savaşın başlamasından 3 il keçsə də Ukraynaya canlı qüvvə yardımı etmək fikrindən çox uzaqdır. Bu gün Makronun və Qərbin digər ermənipərəst dairələrinin şirin vədlərinə aldanaraq sülh bağlamaq, sülhə tələsmək əvəzində silahlanmağı seçən Ermənistan Şərqi Avropadakı bu hadisələrdən dərs çıxarmalıdır. 

Nikol Paşinyan da görməlidir ki, Makronun açıqlamasının Ukraynaya da faydası olmadı, əksinə, Avropada müharibə mövzusunda fikir ixtilafı dərinləşdi. Ukraynaya gərəkli sayda hərbi texnika göndərməyən ölkələr öz hərbçilərini Rusiya ilə savaşa göndərməyəcəkləri kimi sabah anoloji addımı Azərbaycana qarşı da ata bilməyəcəklər. Bunun da özünə görə bir çox səbəbləri var:

1. Cənubi Qafqazın öz oyunçuları, öz şərtləri var

2. Bu gün bu bölgədəki proseslər rəsmi Bakının kontrolundadır

Parisin guya Ermənistanı “xilas” etmək planı, əslində onu xaosa sürükləməkdən başqa bir şey deyil.

Almaniyanın Bakı ilə İrəvan arasında sülh gündəliyinə yanaşmasındakı Parislə müqayisədə fərqliliyi də nəzərə alsaq deyə bilərik ki, artıq Qərbdə də regionun gələcəyi ilə bağlı fikirlərdə bir ayrılıq yaşanmaqdadır. 

Almaniyanın Azərbaycan və Ermənistan arasında vasitəçiliyi və artan fəallığı sülh danışıqlarında irəliləyişə səbəb olmasa da, bunun Fransanın prosesdən kənarlaşması baxımından ölkəmiz üçün əhəmiyyəti var. Fransanın ermənipərəst mövqeyi bu ölkənin Azərbaycanla Ermənistan arasında vasitəçiliyinə əngəldir. Rəsmi Bakı Parislə bu sahədə əməkdaşlıqdan imtina edib. Bu isə öz növbəsində Almaniyanın işinə yarayıb. Göründüyü kimi, Münhen ələ düşən bu fürsətdən yararlanmaqda maraqlıdır.

Berlinin bu sonü günlərdəki aktivliyi Fransanın proseslərdən kənarlaşmasında gətirib çıxaracaq vacib həmlələrdən ola bilər. Görünür Almaniya eyni zamanda hadisələrə daha geniş prizmadan baxmağı bacardı. Belə ki, böyük ehtimalla Almaniya höküməti həm də gələcəkdə Azərbaycan və Mərkəzi Asiyanı əhatə edən regional layihələrdə faydalanmaqda çox maraqlıdır. Rəsmi Bakı Berlinin təşəbbüslərində iştirak etməklə Almaniyanın Fransadan ön plana keçməsinə dəstək vermiş olur. 

Yaxşı olar ki, bu yaranan vəziyyətdən Ermənistan ən qısa zamanda nəticə çıxarıb, sülhə əngə olmağa davam edən Fransanın təqdim etdiyi ssenari üzrə rol oynayacağı təqdirdə çıxarlarını daha mütləq gözə alsın. 

Atabəy Türkel


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az