Ötən ay imtahan verənlərin SAYI

20:00 - 04 Mart 2024

Ötən ay imtahan verənlərin SAYI

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən fevral ayında göstərilmiş xidmətlərin statistikası açıqlanıb.

 

DİM-dən Manset.az-a bildirilib ki, fevral ayında keçirilmiş imtahanlarda 25 min 946 nəfər iştirak edib. Mərkəzin elektron xidmətlərindən istifadə sayı 1 milyon 357 min 153 olub. Fevral ayı ərzində 2343 vətəndaş qəbul edilib. Beynəlxalq imtahanlarda 63 nəfər iştirak edib. Çağrı Mərkəzi vasitəsilə 8972, elektron poçt vasitəsilə 1600-ə yaxın, sosial şəbəkələr vasitəsilə 1500-ə yaxın müraciət cavablandırılıb. Çatbota daxilolma sayı 8485 olub. Abituriyent məsləhət mərkəzlərinə 475 müraciət daxil olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az