Quş Bakıdan uçan təyyarənin yola düşməsinə mane oldu

11:17 - 14 Mart 2024

Quş Bakıdan uçan təyyarənin yola düşməsinə mane oldu

Bakıdan Budapeştə uçuş həyata keçirən “WizzAir” aviaşirkətinin “Airbus A321” təyyarəsi texniki səbəblərdən gecikir.

 

Manset.az xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidməti məlumat yayıb.

Budapeştdən gələn təyyarəyə baxış zamanı mühərriklərdən birinə quşun daxil olduğu aşkarlanıb. Sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyini təmin etmək məqsədilə reys təxirə salınıb.

Reys barədə əlavə məlumat əldə etmək üçün sərnişinlər aviadaşıyıcıya müraciət edə bilərlər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az