Bu gün Bakıda bu ərazilərdə qaz olmayacaq

09:10 - 06 Aprel 2024

Bu gün Bakıda bu ərazilərdə qaz olmayacaq

Bu gün Bakının Binəqədi rayonunda qazın verilişində məhdudiyyətlər olacaq.

 

Bu barədə Manset.az-a “Azəriqaz” İB-dən bildirilib.

Məlumata görə, Xətai rayonu, R.Əsgərov küçəsi 39 ünvanında və S. Mehmandarov küçəsi 94A ünvanında qaz xəttinin yerinin dəyişdirilməsi, həmçinin Binəqədi rayonu, 7-ci Mikrorayon, Süleyman Sani Axundov küçəsində yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğv olunması məqsədi ilə 06.04.2024-cü il tarixdə saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Bildirilib ki, qaz təchizatı dayandırılan müddətdə Xətai rayonunun R. Əsgərov, S. Mehmandarov, Ə. Şıxlinski küçələrinin və Binəqədi rayonu, 7-ci Mikrorayonun 31 və 26-ci məhəllələrinin, Union Park yaşayış massivinin, Süleyman Sani Axundov küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az