YAP Yasamal rayon təşkilatı və 17 saylı Yasamal üçüncü seçki dairəsinin millət vəkili Elnur Allahverdiyevin təşkilatçılığı, Yasamal rayon Bələdiyyəsinin dəstəyi və “NaturAll” şirkətinin sosial tərəfdaşlığı ilə Yasamal rayon 17-ci seçki dairəsində yaşayan aztəminatlı ailələrə, şəhid və qazi ailələrinə bayram sovqatı paylanılır.
Manset.az xəbər verir ki, 500 ailəyə bayram sovqatının paylanılması nəzərdə tutulan aksiya 2 gün davam edəcək.