Xoşqədəm Hidayətqızı ARB telekanalında yaradıcılıq məsələləri üzrə müşavir təyin edilib.
Manşet.az xəbər verir ki, bu barədə "ARB Media Qrup”un mətbuat xidmətinin rəhbəri Mail Əsgərov açıqlama verib.
Eyni zamanda tamaşaçıların səbrsizliklə gözlədiyi Xoşqədəm Hidayətqızının təqdimatında "Səni axtarıram” verilişi də tezliklə ARB-də yayımlanacaq.
"Televiziya məkanında 12 ilin ən reytinqli verilişi olan "Səni axtarıram” öz vaxtında, həftə içi 5 gün, saat 16:00- da fərqli üslubda tamaşaçılara təqdim olunacaq”, deyə Mail Əsgərov bildirib.
Manset.az Xəbər Portalının kollektivi dəyərli jurnalist Xoşqədəm Hidayətqızı və onun müəllifi olduğu "Səni axtarıram" proqramının yaradıcı heyətini təbrik edir, onlara uğurlar arzulayırıq.