Bakıda bir bağça koronavirusa görə bağlanıb.
Manşet.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri İdarəsindən məlumat verilib.
Məlumatda deyilir: "Bağçalardan birində 3 müəllimin koronavirusa yoluxduğu aşkarlanıb. Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı ilə müəssisənin fəaliyyəti 14 gün müddətinə dayandırılıb. Uşaqlar arasında yoluxma yoxdur".