"Lənkərandakı zəlzələ evlərdə müəyyən çatlar yaradıb" - Qurban Yetirmişli

12:50 - 13 May 2024

\"Lənkərandakı zəlzələ evlərdə müəyyən çatlar yaradıb\" - Qurban Yetirmişli

Lənkərandakı zəlzələ keyfiyyətsiz tikilən evlərdə müəyyən çatlar yaradıb.

 

Manset.az report-a istinadən xəbər verir ki, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, təkanların dərinliyi 20 km olduğundan böyük ərazilərdə, eləcə də Qarabağda 3 bala qədər hiss olunub:

"Əhaliyə təşvişə düşməmələri üçün müraciət etmişdik. Alt qatda qalan enerji asta-asta boşalmağa doğru getdi və hazırda həmin ərazidə sakitlikdir. Hazırda dağıdıcı zəlzələ ehtimalı yoxdur".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az