Tozlu hava şəraiti davam edir

09:17 - 31 May 2024

Tozlu hava şəraiti davam edir

Bakı və Abşeron yarımadasında havada tozun miqdarı normadan 2 dəfə çoxdur.

 

Manset.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib.

“Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir. 1 iyun tarixində cənub-şərq istiqamətli küləklərin şimal-qərb küləkləri ilə əvəz olunması nəticəsində tozun miqdarının norma həddinə düşəcəyi gözlənilir”, - o qeyd edib.

Xidmət rəsmisinin sözlərinə görə, artıq bir neçə gündür ölkə ərazisində müşahidə olunan tozlu hava şəraitinə səbəb Türkmənistan ərazisindən ölkəmizə daxil olan toz dumanıdır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az