Hamıya məlum olduğu kimi Azərbaycan Respublikası Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi, MİDA bir neçə ildir ki, güzəştli mənzillərin tikintisini və satışını həyata keçerir. Bunun üçün dövlət tərəfindən hər il milyonlarla manat vəsait xərclənir. Hazırda MİDA Bakının Yasamal rayonunda iki və Hövsan qəsəbəsində dörd sosial yaşayış kompleksinin tikintisi və idarəçiliyi ilə məşğuldur və eyni zamanda Sumqayıtda iki, Gəncədə bir, Lənkəranda da bir yaşayış kompleksinin tikintisi ilə bağlı layihələr həyata keçirir. Bu layihələri MİDA satınalmalar yolu ilə həyata keçirir. Hansı ki, keçirilmiş tenderlərin nəticələri ilə bağlı məlumatlarla dövlət satınalmalarının rəsmi internet portalından əldə etmək olar.
Manset.az xəbər verir ki, Aktualinfo.org ötən araşdırma yazıların birində Mənzil İnşaatı Dövlət Agentliyinin keçirdiyi tenderlərdə çübhəli məqamlara toxunmuşdu. MİDA rəsmiləri həmin məlumatlara aydınlıq gətirmədilər. İndi çox istərdik ki, MİDA rəsmiləri bu məsələyə aydınlıq gətirsinlər. Necə olur ki???
Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində 18,81 ha ərazidə 62 nömrəli 2 mərtəbəli 240 yerlik uşaq bağçasının tikintisi üzrə müsabiqə yolu ilə keçirilmiş tenderdə 3 679 397.22 manat məbləğində satınalma müqaviləsi 22.10.2021-ci il tarixdə “YAR İNŞAAT TƏMİR-TİKİNTİ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.
Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində 18,81 ha ərazidə 62 nömrəli 2 mərtəbəli 240 yerlik uşaq bağçasının tikintisi üzrə müsabiqə yolu ilə keçirilmiş tenderdə 3 698 862 manat məbləğində satınalma müqaviləsi 11.08.2021-ci il tarixdə “CHİNAR İNSHAAT” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.
Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində 18,81 ha ərazidə 62 nömrəli 2 mərtəbəli 240 yerlik uşaq bağçasının tikintisi üzrə bağlanmış müqavilə barədə elan dövlət satınalmalarının rəsmi internet portalına yerləşdirilmiş məlumatlardan da görsəndiyi kimi sözügedən ərazidə uşaq bağçasının tikintisinə ilk dəfə 30.04.2021-ci il tarixdə elan olunduğu göstərilir. Növbəti dəfə 11.08.2021-ci il tarixdə “CHİNAR İNSHAAT” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə bağlanması barədə elan verilir. Daha sonra isə 22.10.2021-ci il tarixdə “YAR İNŞAAT TƏMİR-TİKİNTİ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanması barədə yenə məlumat yerləşdirilr. Bir uşaq bağçasının tikintisi üzrə tenderin 3 dəfə dövlət satınalmalarının rəsmi internet portalına yerləşdirilməsi şübhələrin başlanğıcıdır. Əsas şübhə doğuran məqamlar isə hələ qarşıdadı.
Qeyd edək ki, sözügedən “YAR İNŞAAT TƏMİR-TİKİNTİ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə MİDA arasında bundan əvvəl də, elə həmin ərazidə, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində 18,81 ha ərazidə yaşayış kompleksində 59 və 60 nömrəli 9 mərtəbəli 2 bloklu, 58 nömrəli 12 mərtəbəli bir bloklu yaşayış binalarının tikintisi üzrə 8 867 772.53 manat məbləğində satınalma müqaviləsi 30.11.2020-ci il tarixdə bağlanmışdır. Yaşayış binalarınin tikintisi orta hesabla 3 milyon manata başa gəldiyi görsənir.
Bundan əlavə MİDA Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində 18,81 ha ərazidə yaşayış kompleksinin tikintisi üzrə müsabiqə yolu ilə keçirilmiş tenderdə 6 031 474.9 manat məbləğində satınalma müqaviləsini 30.12.2020-ci il tarixdə “ARAZ İNŞAATÇİ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlamışdır.
Mənzil İnşaatı Dövlət Agentliyinin keçirdiyi tenderlərdə şübhə döğuran bir çox suallar da elə buradan yaranır. MİDA-nın Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində 18,81 ha ərazidə yaşayış kompleksinin tikintisinə milyonlarla manat dövlət vəsaitinin yatırdığı elan olunan tenderlərdə açıq aydın görünür. Onlardan yalnız birini yuxarıda nümunə kimi göstərdik. Bu nümunə nə üçündür? Göründüyü kimi MİDA tərəfindən Hövsan yaşayış kompleksində 53 və 54 nömrəli 9 mərtəbəli 2 bloklu binanın yalnız tikintintisinə ( binaların qazlaşdırılmasına, elektrik işlərinə, su və istilik sisteminin quraşdırılmasına ayrı vəsait ayrılır) 6 031 474.9 manat ayrılıb ki, 9 mərtəbəli 2 bloklu yaşayış binalarının tikintisnin hər biri orta hesabla 3 015 737.45 manata başa gəldiyi görsənir. Yəni, 9 mərtəbəli 2 bloklu yaşayış binalarına 2 mərtəbəli 240 yerlik uşaq bağçasından qat-qat çox tikinti materialı sərf olunduğunu burada kimsəyə sübut etməyə ehtiyyac qalmır.
Belə olan təqdirdə MİDA-nın Hövsan qəsəbəsinin qərb hissəsində 18,81 ha ərazidə 62 nömrəli 2 mərtəbəli 240 yerlik uşaq bağçasının tikintisinə 3 679 397.22 manat dövlət vəsiti ayırması sizdə şübhə yaratmırmı? 9 mərtəbəli 2 bloklu yaşayış binasına da üç milyon, 2 mərtəbəli 240 yerlik uşaq bağçasına da 3 milyon. Bunlar nə dərəcədə inandırıcı
Mənzil İnşaatı Dövlət Agentliyinin keçirdiyi şübhəli tenderlər bunlarla bitmir. Apardığımız araşdırmalar zamanı Agentliyin keçirilmiş olduğu daha bir tenderdə də suallar doğuran nünslarla üzləşdik.
Belə ki, MİDA Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zığ şossesi – Hava Limanı 12-ci km “22” ünvanında inşa olunan yaşayış kompleksində əlavə süni örtüklü metal torla hasarlanmış idman- oyun meydançalarının və idman qurğuları ilə təchiz edilmiş açıq meydançaların tikintisi üzrə müsabiqə yolu ilə keçirdiyi tenderdə 448 609.8 manat məbləğində satınalma müqaviləsini 01.09.2020-ci il tarixdə “19 SAYLI TİKİNTİ TƏMİR İDARƏSİ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlamışdır. Qeyd edək ki, elanda açıq meydançaların tikintisi göstərilsə də, şərtlər toplusunda meydançaların miqdarı 1 göstərilmişdir.
Süni örtüklü, metal torla hasarlanmış idman- oyun meydançalarını təsəvvürünüzə gətirin. Yuxarıdakı şəkil də MİDA-nın Hövsan qəsəbəsindəki yaşayış kompleksində inşa olunmuş süni örtüklü idman meydançalarından biridir. Belə meydançalardan Bakı şəhərində çoxdur və tez-tez rast gəlinir. MİDA-nın eni-uzunu bəlli olmayan 1 ədəd süni örtüklü metal torla hasarlanmış idman- oyun meydançasının tikintisinə 500 min manat civarında vəsait ayırması da sizlərə şübhəli gəlmirmi?
9 mərtəbəli 2 bloklu yaşayış binasına da, 2 mərtəbəli uşaq bağçasına da 3 milyon - BUNU MİDA EDİR...
08:51 - 26 Oktyabr 2021
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
18 İyul 2026 - 01:30
Piylənməyə qarşı dərmanlarla bağlı XƏBƏRDARLIQ
18 İyul 2026 - 11:00
Bu rayonlara leysan yağır
18 İyul 2026 - 09:47
İngiltərə və Fransa üz-üzə - DÇ-2026
18 İyul 2026 - 12:52
Messi Yamalla olan fotosundan danışdı
18 İyul 2026 - 13:33
Bu tarixdə külək güclənəcək - XƏBƏRDARLIQ
18 İyul 2026 - 08:30
İsti havalarda bunları etməyin - 5 səhv
18 İyul 2026 - 08:59
Rusiya mediası yenidən Azərbaycanı niyə hədəfə alır?
18 İyul 2026 - 10:28
“Qarabağ”ın biletləri satışa çıxarılır
18 İyul 2026 - 11:36
UEFA-dan azərbaycanlı hakimlə bağlı TƏYİNAT
18 İyul 2026 - 15:07
"İyulun iki günü" Space TV-də nümayiş olunacaq - VİDEO
18 İyul 2026 - 09:30
Türkiyədə zəlzələ oldu
18 İyul 2026 - 09:07
Xırdalanda yaşayış binasında YANĞIN
Xəbər xətti
- 19 İyul 2026
- 00:30 "Beşiktaş"ı tərk edə bilər
- 18 İyul 2026
- 23:52 Əməkdar jurnalist Nuraninin son durumu AÇIQLANDI
- 23:48 İsrailin hücumlarında Livanda ölənlərin sayı ARTDI
- 23:37 46 yaşlı qadın qızdırmadan öldü
- 23:17 Odessada həlak olan dənizçi sabah dəfn olunacaq - FOTO
- 22:54 Şirvanda avtomobil aşdı - Sürücü ağır yaralandı
- 22:33 Oman sahilləri yaxınlığında tankerə hücum edildi
- 22:17 Musiqili Teatrın kollektivi Vaqif Poeziya Günlərində iştirak etdi - FOTOLAR
- 21:53 Eboladan ölənlərin sayı 860-ı keçdi
- 21:31 Ölən hərbçimizlə bağlı yayılan paraşüt görüntüləri yalandır - FOTO
- 21:15 Hakan Fidan Qətərə səfər edəcək
- 20:53 Bakıda maşını yanlış yerdə saxladı - Sakinlər belə cəzalandırdı - VİDEO
- 20:36 Rusiyada istirahət mərkəzində 80 nəfər zəhərləndi - 21-i uşaqdır
- 20:16 Bakıda bacı-qardaş evdən qaçdı - Anaları işgəncə veribmiş
- 19:54 "Rakuv" Mahir Emrelini icarəyə götürdü
- 19:33 Ağır vəziyyətdə xəstəxanaya aparılan 1 yaşlı uşaq ÖLDÜ
- 19:16 Vurulan gəminin kapitanının cənazəsi Azərbaycana yola salındı - RƏSMİ
- 18:52 Türkiyədə meşə yanğınları başladı
- 18:35 Hikmət Həsənov uzun müddət sonra göründü - FOTO
- 18:18 “Şuşa gecələri – interaktiv poeziya saatı" keçirildi - FOTOLAR
- 17:53 1,3 tona yaxın çətənə kolu məhv edildi
- 17:34 "Karvan-Yevlax" sabiq futbolçusunu heyətinə qatdı
- 17:16 Zərdabda maşın yol kənarındakı maneəyə çırpıldı - Yaralılar var
- 16:51 Gəncədə çaya yıxılan kişi belə xilas edildi - VİDEO
- 16:23 Maştağada 52 yaşlı kişinin meyiti tapıldı
- 16:08 Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirildi - FOTOLAR
- 15:46 Mahir Emreli "Rakuv"da tibbi müayinədən keçir
- 15:24 “Mənə göstərilən diqqət və dəstəyə görə Mehriban xanıma təşəkkürümü bildirirəm”
- 15:07 "İyulun iki günü" Space TV-də nümayiş olunacaq - VİDEO
- 14:51 Lerikdə Mərakeş çəyirtkələrinə qarşı mübarizə aparılır - FOTOLAR
- 14:33 "Qarabağ"ın oyunu italiyalılara həvalə olundu
- 14:14 Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
- 13:58 Dənizə gedənlərin NƏZƏRİNƏ
- 13:45 Qanunsuz saxlanılan 14 tüfəng aşkarlandı
- 13:33 Bu tarixdə külək güclənəcək - XƏBƏRDARLIQ
- 13:01 Leyla Əliyeva Budapeştdə sərgidə - FOTOLAR
- 12:52 Messi Yamalla olan fotosundan danışdı
- 12:21 Bazar günü hava necə olacaq?
- 12:01 Şəmkirdə 2 kişi dalaşdı - Qadın yaralandı
- 11:36 UEFA-dan azərbaycanlı hakimlə bağlı TƏYİNAT
- 11:21 Neftimizin bu günə olan QİYMƏTİ
- 11:00 Bu rayonlara leysan yağır
- 10:37 Ötən gün 55 cinayətin üstü açıldı
- 10:28 “Qarabağ”ın biletləri satışa çıxarılır
- 10:06 Yol polisindən sürücülərə ÇAĞIRIŞ
- 09:47 İngiltərə və Fransa üz-üzə - DÇ-2026
- 09:30 Türkiyədə zəlzələ oldu
- 09:07 Xırdalanda yaşayış binasında YANĞIN
- 08:59 Rusiya mediası yenidən Azərbaycanı niyə hədəfə alır?
- 08:30 İsti havalarda bunları etməyin - 5 səhv
- 08:00 Günəş şüasının orqanizmə faydası