Nazir COVİD-19-dan vəfat edən rəisin yerinə Heydərovu təyin etdi - FOTO

12:15 - 06 Noyabr 2021

Nazir COVİD-19-dan vəfat edən rəisin yerinə Heydərovu təyin etdi - FOTO

Fövqəladə Hallar Naziri, general-polkovnik Kəmaləddin Heydərov Binəqədi rayon Dövlət Yanğından Mühafizə Hissəsinə rəis təyin edib.

Manset.az Qaynarinfo-ya istinadən xəbər verir ki, K.Heydərovun müvafiq əmri ilə bu vəzifəyə FHN-nin daxili xidmət polkovnik-leytenantı Bəradə Heydərov əvvəlcə rəis əvəzi, daha sonra isə rəis olaraq təsdiqlənib. 

B.Heydərov bundan əvvəl Binəqədi rayon Yanğından Mühafizə Hissəsinin 2 saylı Yanğından Mühafizə bölməsinin rəisi olub. 

Qeyd edək ki, Binəqədi rayonu üzrə Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi, daxili xidmət polkovniki Kamil Şərbətov bu ilin yanvarında koronavirusdan dünyasını dəyişib. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az