Avropa İttifaqının (Aİ) Maskatda nümayəndəliyinin açılması Aİ və Oman arasındakı münasibətlərdə mühüm mərhələdir.
Manset.az xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas "X" sosial şəbəkəsində bildirib.
"Bu, bizim - Omana, Fars körfəzi ölkələrinə və regionla təhlükəsizlik sahəsində tərəfdaşlıqların gücləndirilməsinə sadiqliyimizin açıq siqnalıdır. Aİ-nin hazırda dünya üzrə 145 nümayəndəlikdən ibarət şəbəkəsi onun ən böyük strateji aktivlərindən biridir. Bu gün biz dünyanın mühüm bir hissəsində diplomatik iştirakımızı genişləndiririk", - o qeyd edib.