Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinin nəticələri barədə məlumat müəllimlərin şəxsi kabinetlərinə göndərilib. Bəs sertifikasiya imtahanında uğur qazanan müəllimlərin əməkhaqqısına nə zaman əlavələr tətbiq olunacaq?
Manset.az Publika.az-a istinadən xəbər verir ki, mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı Elm və Təhsil Nazirliyinə sorğu ünvanlanıb.
Nazirlikdən bildirilib ki, əlavələr 01.09.2024-cü il tarixindən tətbiq ediləcək:
"Əlavələr noyabr ayının əməkhaqqısı ilə birgə ödəniləcək", - deyə qeyd edilib.