Bu yolda işıqforların iş rejimi dəyişdirildi

13:47 - 07 Fevral 2025

Bu yolda işıqforların iş rejimi dəyişdirildi

Təmir səbəbindən yaranan nəqliyyat sıxlığını aradan qaldırmaq üçün Nərimanov rayonu ərazisində yerləşən işıqforların vaxt planı dəyişdirilib.

 

Manset.az xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, Aşıq Molla Cümə və Zaur Nudirəliyev küçələrinin kəsişməsindəki dairə ilə Əhməd Rəcəbli dairəsi arasında aparılan təmir işləri səbəbindən Damcılı və Ərdəbil küçələrinin Zaur Nudirəliyev küçəsi ilə kəsişməsində nəqliyyat sıxlığı yaranır. Sıxlığın qarşısını almaq üçün qeyd olunan kəsişmədə işıqforların yaşıl işığının müddəti 10 saniyə artırılıb.

Bununla da nəqliyyat vasitələrinin rahat hərəkəti təmin edilib. Qeyd edək ki, aidiyyəti dövlət qurumu tərəfindən aparılan təmir işləri yekunlaşdıqdan sonra svetoforların vaxt planı əvvəlki vəziyyətinə qaytarılacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az