Amerikalı tədqiqatçıların fikrincə, qara lobya və qozun gündəlik istehlakı ürək xəstəlikləri və şəkərli diabet riskini azaltmaqla ömrü uzada bilər.
Manset.az bildirir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Qoz və qara lobya bağırsaqda və bütün bədəndə iltihabı azaltmağa kömək edən liflə zəngindir. Xroniki aşağı dərəcəli iltihab xərçəng də daxil olmaqla bir çox xəstəlik üçün risk faktorudur. Bu məhsullar zülalla da zəngindir. Bu qida komponenti aclıq hissini azaltmağa kömək edir və piylənməyə, artıq çəkiyə səbəb olan həddindən artıq yeməyin qarşısını alır və diabetin inkişaf riskini artırır.
Həmçinin qeyd olunub ki, gündəlik istehlak edilən hər 20 qram lobya vaxtından əvvəl ölüm riskini 7% azaldır.
Yeganə