Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən müasir Azərbaycanın qurucusu,
xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə
həsr olunmuş "Sən elə bir zirvəsən" tədbiri təşkil olunub.
Manset.az xəbər verir ki, Bakı
Konqres Mərkəzində keçirilən tədbirdə mərkəzi icra hakimiyyəti orqanlarının və
digər qurumların rəhbər şəxsləri, Milli Məclisin deputatları, ictimai təşkilatların
nümayəndələri və həmkarlar ittifaqlarının çoxsaylı üzləri iştirak ediblər.
Əvvəlcə
Azərbaycanın Dövlət Himni səsləndirilib. Sonra Ümummilli Lider Heydər Əliyevin
zəngin və mənalı həyat yolunu, dövlətçiliyimizin möhkəmləndirilməsi, xalqımızın
rifahı və müasir Azərbaycanın inkişafı üçün tarixi xidmətlərini əks etdirən
film nümayiş olunub.
Tədbirdə
vurğulanıb ki, xalqımızı ağır sınaqlardan, ölkəmizi dərin böhrandan xilas edən
Ulu Öndər Heydər Əliyev Azərbaycanın tərəqqi və inkişaf yolunun əsasını qoyub.
Milli maraqları hər şeydən üstün tutan, demokratik prinsiplərə, vətəndaş cəmiyyətinin
inkişafına böyük önəm verən Ümummilli Liderimiz həmkarlar ittifaqlarına böyük
diqqət və qayğı göstərib. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının
formalaşmasında və fəaliyyətinin genişlənməsində dahi şəxsiyyətin tövsiyə və məsləhətləri
bu gün də əsl yol xəritəsidir.
Ulu
Öndərin siyasi kursu onun layiqli davamçısı Müzəffər Ali Baş Komandan, cənab
Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Həmçinin bildirilib
ki, dövlətimizin başçısının birgə addımladığı, ən yaxın silahdaşı Birinci
vitse-prezident Mehriban xanım Əliyevanın dövlətimizin daha da qüdrətlənməsində
xidmətləri əvəzsiz, dahi şəxsiyyətin zəngin irsinin öyrənilməsində və təbliğində
Ulu Öndərin adını daşıyan, işıqlı ideyalarını yaşadan Heydər Əliyev Fondunun rolu misilsizdir.
Sonra
tədbirdə xalq və bəstəkar mahnılarından ibarət musiqi proqramı təqdim olunub.
Tanınmış ifaçılar Ümummilli Liderin sevdiyi, rəğbət bəslədiyi musiqi nömrələri
ilə çıxış ediblər. Konsert proqramı Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının Layiqli Əmək Səfiri, Xalq artisti Mənsum İbrahimovun
“Qarabağ” musiqi kompozisiyası ilə başa çatıb və tamaşaçılar tərəfindən böyük
alqışlarla qarşılanıb.