Ölkədə taksi ilə sərnişindaşıma sayı azalıb

14:39 - 17 May 2025

Ölkədə taksi ilə sərnişindaşıma sayı azalıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda minik taksiləri ilə 25 514 min sərnişin daşınıb ki, bu da illik müqayisədə 0,1% azdır.


Manset.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilib. 

Hesabata görə, ötən ilin müvafiq dövründə ölkədə minik taksiləri ilə 25 539,5 min sərnişin daşınıb.

    Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycanda nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 582 100,8 min sərnişin daşınıb, bu da illik müqayisədə 6,6% artım deməkdir.


    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    xidmet.tv
    xidmet.tv