Bakıda cəzaçəkmə müəssisəsinin damı uçdu: Məhkum öldü - VİDEO

09:40 - 03 İyun 2025

Bakıda cəzaçəkmə müəssisəsinin damı uçdu: Məhkum öldü - VİDEO

Bakıda 12 saylı cəzaçəkmə müəssisəsində binanın dam örtüyünün uçması nəticəsində ölən məhkum Ucar sakinidir.



Manset.az Xezerxeber-ə istinadən xəbər verir ki, ötən gün cəzaçəkmə müəssisəsinin damının uçması nəticəsində xəsarət alan Ucarin Yuxarı Şilyan kənd sakini Mövlam Mustafayev bu gün dünyasını dəyişib.

Onun yaxınları bildirir ki, Mövlam Müstafayev 2020 - ci ildə qonşusu, Qəzənfər Musayevlə  su üstündə  yaranan mübahisədən sonra qonşusunu öldürüb. O, məhkəmənin hökmü ilə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

Ədliyyə Nazirliyinin məlumatına əsasən hadisə nəticəsində digər məhkumlar və müəssisənin işçi heyəti arasında xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

Mövzu ilə bağlı videomaterialı təqdim edirik.



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv