Nərimanovda qorxunc mənzərə - Bu binaların üzlük daşları təhlükə saçır (VİDEO)

09:06 - 07 Dekabr 2021

Nərimanovda qorxunc mənzərə - Bu binaların üzlük daşları təhlükə saçır (VİDEO)

Nərimanov rayonu ərazisində yaşayış binalarından biri təhlükə saçır. Binanın fasadına çəkilmiş xüsusi üzlük materialları qoparaq tökülür. Sakinlərin sözlərinə görə olduqca sərt olan bu material kiminsə üzərinə düşsə, həmin şəxs ağır xəsarət ala bilər. Binanın 9 mərtəbəli, 5 girişli olduğunu nəzərə alsaq, təhlükənin miqyası daha da böyüyür. Aidiyyatı qurum problemin səbəblərini açıqlayıb. 

Manset.az xəbər verir ki, paytaxtın Nərimanov rayonunda yerləşən 9 mərtəbəli yaşayış binasında təhlükəli vəziyyət müşahidə edilir.  

Ziya Bünyadov prospektindəki binanın fasadına 6-7 il əvvəl betonopan adlı xüsusi üzlük çəkilib. Sakinlərin sözlərinə görə bir müddətdir ki, həmin üzlüklər qoparaq-tökülür. 

Məsələ ilə bağlı Nərimanov rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Bildirildi ki, bina rayon ərazisində yerləşsə də, onların deyil rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Birliyin baş mühəndisi Azər Rzayev üzlüklərin qopmasının səbəblərini açıqlayıb.O görüləcək tədbirlərdən də danışıb

Vurğulandı ki, qopma riski olan üzlüklər müəyyən edilərək çıxarılır. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az