Bu gün bəzi internet telekommunikasiya operator və provayderlərinin xidmətlərində müvəqqəti ləngimələr müşahidə olunub.
Bu barədə Manset.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.
Ölkəyə internet trafiki təqdim edən əsas “backbone” operatorlardan biri olan “Delta Telekom”a qarşı DDoS tipli genişmiqyaslı kiberhücum həyata keçirilib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən ölkəmizdə internet xidmətlərinin davamlılığı planı çərçivəsində internet provayderləri dərhal alternativ “backbone” operatorlarının şəbəkəsinə yönləndirilib.
Qısa müddət ərzində istifadəçilərin internetə çıxışı təmin olunub.
Atılan addımlar nəticəsində “Delta Telekom”a qarşı kiberhücumun qarşısı qısa müddət ərzində alınıb. “Delta Telekom”un xidmətləri bərpa olunub.
***
15:04
Azərbaycanda internet problemi yaşanır.
Manset.az xəbər verir ki, problem həm provayderlərdə, həm də mobil operatorlarda müşahidə edilir.
Bəzi istifadəçilərdə sosial şəbəkələr açılsa da, digərlərində, ümumiyyətlə, heç bir internet resursuna giriş mümkün deyil.