Söküləcəyi deyilən məşhur bazarın direktoru DANIŞDI - YENİLƏNİB

14:51 - 20 Sentyabr 2025

Söküləcəyi deyilən məşhur bazarın direktoru DANIŞDI - YENİLƏNİB

"Bizim bazarın sökülməsi nəzərdə tutulmayıb".


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, bu fikirləri Dərnəgül tikinti materialları bazarının direktoru Aqil Məmmədov deyib.

O saytımıza açıqlamasında bildirib ki, iddialar yanlışdır.

***

14:08

Tikinti materiallarının satışının həyata keçirildiyi Dərnəgül bazarı söküləcək.


Manset.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə bazarda fəaliyyət göstərən sahibkarlar məlumat verib.

Onlara bildirilib ki, tezliklə bazar söküləcək. Bazarın hara köçürüləcəyi barədə məlumat yoxdur.

Qeyd edək ki, bir neçə gün öncə baş nazir Əli Əsədov Bakı şəhərinin sosial-iqtisadi inkişafı istiqamətində strateji əhəmiyyətli şəhərsalma təşəbbüslərinin dəstəklənməsi üzrə İşçi qrupun yaradılması barədə sərəncam imzalayıb. Sərəncama əsasən, baş nazirin müavini Samir Şərifov işçi qrupun rəhbəri, iqtisadiyyat naziri Mikayıl Cabbarov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev isə İşçi qrupun rəhbərinin müavinləri təyin olunublar.

Eyni zamanda ilkin olaraq Bakı şəhərinin Böyükşor gölü ətrafında, Heydər Əliyev və Ziya Bünyadov prospektləri arasında yerləşən ərazilərinin, Heydər Əliyev adına Neft Emalı Zavodu ətrafında olan ərazilərinin dövlət-özəl tərəfdaşlığı modeli çərçivəsində razılaşdırılmış konseptual layihələr əsasında yenidən qurulmasının həyata keçirilməsi üçün investisiya qoyuluşuna zəruri şərait yaradılmasını, həmin layihələr üzrə investisiya müqavilələrinin şərtlərinin razılaşdırılmasını və digər zəruri tədbirlərin görülməsini təmin etmək də İşçi qrupuna həvalə edilib. Dərnəgül bazarının da məhz bu proses çərçivəsində söküləcəyi deyilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az