"Kristal" müştərilər üçün daha rahat və çevik xidmət imkanları yaratmaq məqsədilə yeni Mərkəzi satış ofisini istifadəyə verib. Ofis "Elmlər Akademiyası" metro stansiyası yaxınlığı, Hüseyn Cavid prospekti 78, "Merida Premium" layihəsində yerləşir.
Yeni satış ofisi "Kristal"ın Bakı, Sumqayıt və Xırdalan şəhərlərində yerləşən
layihələr barədə məlumatı vahid məkanda təqdim edir. Müştərilər burada
layihələrin ümumi konsepti, mənzil planları, qiymətlər və mövcud satış şərtləri
ilə ətraflı tanış ola, fərqli variantları müqayisə edə və büdcələrinə ən uyğun
seçimi edə bilərlər. Bu xidmət ödənişsiz əmlak konsultasiyası formatında həyata
keçirilir və hər bir alıcıya fərdi yanaşma təqdim olunur.
Mərkəzi satış ofisində "City
Garden Narimanov", "Park Yasamal", "Sahil Park
Sumqayıt", "Biləcəri yaşayış kompleksi", "Kristal
Towers", "Yeni Sumqayıt", "Highland Residence" və
"Park Xırdalan" layihələri üzrə detallı məlumat əldə etmək
mümkündür.
Hazırda şirkət müxtəlif satış
mexanizmləri təklif edir. Müştərilərə 15%-dən başlayan ilkin ödənişlə 20 ilədək
ipoteka, 12 və 36 ayadək faizsiz daxili kredit imkanları təqdim olunur. Onu da
qeyd edək ki, hazırda “Evini hissə-hissə al” kampaniyası da davam edir. Bu
model kredit və faiz olmadan hissəli ödənişlə mənzil sahibi olmaq imkanı
yaradır. Müştərilər bütün bu imkanları bir məkanda dəyərləndirərək öz gələcək
planlarına ən uyğun qərarı verə bilərlər.
https://youtube.com/shorts/rNBO-VERyIc
“Kristal”ın Mərkəzi satış ofisi mənzil
seçimini daha rahat, şəffaf və əlçatan edir. Ətraflı məlumat üçün satış ofisinə
yaxınlaşmaq və ya *1544 qısa
nömrəsinə zəng etmək kifayətdir.
Ətraflı: *1544
Ünvan:
Yasamal rayonu, Hüseyn Cavid prospekti 78.