Qubadan Xınalığa çəkilən yeni yol niyə çökdü? – VİDEO

22:15 - 16 Dekabr 2021

Qubadan Xınalığa çəkilən yeni yol niyə çökdü? – VİDEO

Quba-Susay-Xınalıq avtomobil yolunda torpaq sürüşməsi baş verib. Yolun hərəkət hissəsi dağılaraq, yararsız vəziyyətə düşüb. Təxminən 20 metr uzunluğunda yol sürüşərək bir neçə metr dərinə düşüb.

Manşet.az xəbər verir ki, hadisə Qubadan Xınalıq və Qırız kəndlərinə gedən hissədə, Qırız kəndi ərazisində baş verib. 

Nətirəcədə hər iki istiqamətdə avtomobillərin hərəkəti məhdudlaşıb. Hazırda həmin yol sürücülər üçün təhlükəli hesab edilir.

 Daha ətraflı Baku TV-nin süjetini təqdim edir:


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az