Aparıcı Kamran Həsənli yeni açıqlamaları ilə diqqət çəkib.
Manşet.az xəbər verir ki, aparıcı Ulvira Qarayevanın yutub layihəsinə qonaq olan Kamran bütün dini kitabları orta əsrlər qalığı adlandırıb. Eyni zamanda Həsənli məscidlə kilsə arasında böyük fərqi də müqayisə edib:
“Kilsəyə girəndə görürəm ki, mərmərdir, Mikelancelonun əsərləridir, yaxşı ətir gəlir, Baxın tokkatası səslənir, qadınlar da başlarını bağlayıb, sakit danışırlar. Ora Allahın ibadət yeridir, orada qıza baxma da. Bir yerdə gedə bilək, qoy öz arvadımla gedə bilim.
İndi bizim məscidə gəlirəm. Qadınlar ayrı, kişilər ayrı. Girən kimi deyirlər ki, ayaqqabını çıxart. Niyə axı çıxarım? Evdən dörd saatdır çıxmışam, corabda. Çıxartdım ayaqqabını.
İndi deyir ki, al bu zənbili, ayaqqıbını qoy içinə, oğurlayarlar. Deyirəm ki "Burada?" Deyir ki "Hə, sənin ayaqqabın bir az yenidir, götürəcəklər".
Ətraflı videoda: