logo
logo logo
logo

ABŞ qlobal gömrük rüsumları ilə bağlı yeni qərara hazırlaşır

16:53 - 23 İyul 2026

ABŞ qlobal gömrük rüsumları ilə bağlı yeni qərara hazırlaşır

ABŞ administrasiyası qlobal idxala tətbiq olunan müvəqqəti gömrük rüsumlarının müddətinin başa çatmasına az qalmış yeni tarif tənzimləməsi üzərində işləyir.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Prezident Donald Trampın ticarət siyasəti çərçivəsində tətbiq etdiyi müvəqqəti qlobal tarif rejiminin müddəti başa çatmaq üzrədir.

ABŞ Ali Məhkəməsinin Beynəlxalq Fövqəladə İqtisadi Səlahiyyətlər Aktına (IEEPA) əsaslanaraq tətbiq edilən gömrük rüsumlarını qanunsuz hesab etməsindən sonra administrasiya 1974-cü il tarixli Ticarət Qanununun 122-ci maddəsinə əsasən səlahiyyətindən istifadə edərək müvəqqəti tədbir tətbiq etmişdi.

Həmin qərara əsasən, fevralın 24-dən etibarən demək olar ki, bütün ölkələrdən ABŞ-a idxal olunan məhsullara 10 faiz həcmində gömrük rüsumu tətbiq olunmağa başlanmışdı.

Bu tarif rejiminin qüvvədə olma müddəti isə 24 iyul cümə günü başa çatacaq.

Donald Tramp Ali Məhkəmənin fevralın 20-də tariflərlə bağlı qərarından sonra müvəqqəti çıxış yolu kimi məhz 1974-cü il tarixli Ticarət Qanununun 122-ci maddəsində nəzərdə tutulan səlahiyyətdən istifadə etmişdi.

Qanunun sözügedən maddəsi ABŞ prezidentinə ölkənin ödəniş balansında yaranan problemlərin aradan qaldırılması məqsədilə müvəqqəti gömrük rüsumları tətbiq etmək hüququ verir. Lakin bu səlahiyyət Konqres tərəfindən uzadılmadığı təqdirdə maksimum 150 gün müddətində qüvvədə qala bilər.

Məhz bu səbəbdən Tramp administrasiyası qlobal tarif siyasətinin davam etdirilməsi üçün yeni hüquqi əsasların hazırlanması istiqamətində iş aparır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az